XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 07:03

İran prezidenti: “Camaatı İslam adı altında tikə-tikə edirlər”

ruhani iran.jpg

“Bu gün regionda İslam, cihad və Quran adından sui-istifadə olunur”.

Strateq.az Səhər TV-yə istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani bazar günü keçirdiyi görüş zamanı deyib.

Prezident Küveytdəki son terror aktına toxunaraq onu törədənləri pisləyib: “Bu gün məsciddə cümə namazı qılarkən camaatı İslam adı altında tikə-tikə edirlər”.

“Bəzən ən yaxşı ilahi nemətlərdən sui-istifadə olunur. Qurana və haqq və hidayət yoluna xəyanət etməkdən artıq iftira və zülm ola bilər?”-deyə Ruhani çıxışında qeyd edib.