XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2016 - 10:01

Britaniyanı Avropa Birliyindən çıxaran siyasətçi istefa verdi:“Siyasətə buna görə gəlmişdim”

farage

"Independent" qəzeti xəbər verir ki, Birləşmiş Krallığın Müstəqillik Partiyasının (UKIP) lideri, ölkənin Avropa Birliyini tərk etməsi kampaniyasının önündə getmiş Nigel Farage iyulun 4-də istefa verib.

O, Londonda çıxış edərək "öz işini gördüyünü, bundan artığlna nail ola bilməyəcəyini" deyib.

"Mən Birləşmiş Krallığın Müstəqillik Partiyasının lideri vəzifəsindən istefa vermək barədə qərar qəbul etmişəm. Avropa Birliyini tərk etmək tərəfdarlarının referendumdakı qələbəsi mənim siyasi iddialarımın təmin olunduğunu göstərir. Mən bu işə ona görə gəlmişdim ki, istəyirdim biz müstəqil ölkə olaq. Mən siyasəti özümə karyera eləmək istəmirdim," – deyə o bildirib.

Farage qeyd edib ki, onun hərtərəfli dəstəyi sayəsində partiya yaxşı durumdadır və xeyli sayda seçicini öz tərəfinə cəlb edə bilib.

Nigel Farage Böyük Britaniyanın Avropa Birliyinin tərkibindən çıxmasının ən fəal tərəfdarlarından biri idi. O, Birləşmiş Krallığın baş naziri David Cameronu 23 iyun referendumunun nəticələrinin elan olunmasından sonra istefaya getməyə çağıranlar arasında olub.