XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 07:20

Müdafiə naziri: “…Türkiyə Yunanıstanı işğal edəcək”

“Əgər beynəlxalq kreditorların şərtləri ilə bağlı referendumdan “bəli” cavabı çıxarsa, Türkiyə Yunanıstanı işğal edəcək”.

Axar.az xəbər verir ki, bu sensasiyalı iddia ilə Yunanıstanın Müdafiə naziri Panos Kammenos çıxış edib. O, beynəlxalq kreditorların öz şərtləri ilə Yunanıstanı Türkiyə qarşısında müdafiəsiz qoymaq istədiyini bildirib: “Beynəlxalq kreditorların məqsədi uzlaşma yox, Yunanıstanı əzməkdir. Onlar bayrağımızı endirib, müstəqilliyimizdən əl çəkməyimizi istəyirlər. Avropa Birliyində qalmaq buna dəyərmi? Əgər referendumdan beynəlxalq kreditorların şərtləri ilə bağlı “bəli” cavabı çıxarsa, Yunanıstanın ölkə olaraq varlığına son qoyulacaq. Kreditorların kəmərsıxma tədbirləri ordunun dağılmasına gətirib çıxaracaq. çünki Müdafiə Nazirliyinin büdcəsindən 400 milyon avro kəsiləcək. Bu isə Yunanıstanı Türkiyənin işğalına qarşı silahsız, təyyarəsiz və gəmisiz qoyacaq”.

Qeyd edək ki, Yunanıstanda iyulun 5-də referendum keçiriləcək. ölkə vətəndaşları referendumda “Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?” sualına cavab verəcəklər