XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 10:08

Merkel və Olland vəd verdi:“Britaniyanın qərarı Balkan ölkələrilə bağlı sual yaratmayacaq”

merkel oland

Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsi ("Brexit" ) blokun genişlənməsinə təhlükə yaratmayacaq.

Bu barədə Fransa və Almaniya liderləri AB üzvlüyünə can atan Balkan ölkələrinə təminat veriblər.

“Britaniyanın qərarı öhdəliklər götürülmüş Balkan ölkələrilə bağlı sual yaratmayacaq. Onlara sayğı göstəriləcək”, – deyə Fransa prezidenti Fransua Olland iyulun 4-də Parisdə keçirilən Balkan sammitindən sonra deyib.

Almaniya kansleri Angela Merkel isə söyləyib ki, AB-nin genişlənmə strategiyası “Britaniyanın qərarıyla dəyişməyib”.

Olland və Merkel Balkan regionundan olan həmkarlarıyla görüşüblər.

Britaniya AB-dən çıxmağa səs verəndən sonra blokun gələcəyilə bağlı suallar yaranıb.