Ötən gün Bağdadda 204 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinə görə İraqda Ramazan bayramı qeyd olunmayacaq.
Anadolu xəbər agentliyini məlumat verir ki, bu barədə ölkə başçısı Fuad Məsum bildirib.
“Terrorçu dəstələr mülki vətəndaşlarımızı hədəf götürməklə xalqımıza qarşı kinini bir daha göstərdi. Builki mübarək Ramazan bayramında şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq xalqı təbrik etməyəcəyik”, – deyə İraq Prezidenti vurğulayıb.
Terror hadisələrini əngəlləmək üçün təhlükəsizlik qüvvələrinin böyük tədbirlər almasını istəyən Prezident parlamentin bayram sonrası işə başlamasını bildirib.
Qeyd edək ki, Bağdadın mərkəzindəki Karrada qəsəbəsində baş vermiş terror nəticəsində ölkədə üç günlük matəm elan olunub.