İran televiziyası Tehranda saxlanılan İŞİD terrorçularının təsvirlərini efirdə göstərib.
Strateq.az İRİB-ə istinadən bildirir ki, Tehranda bir neçə böyük terror aktı törətmək niyyətində olan İŞİD terrorçularının etirafları bazar ertəsi günü İranın 2-ci telekanalından yayımlanıb.
Həbs edilmiş İŞİD terrorçuları Tehranda törətmək istədikləri terror aktından, lazım olan vasitələrin necə əldə edilməsi və əməliyyat planı barədə danışıblar. İran televiziyasından yayımlanan bu etiraflarda terrorçulardan birinin dediyinə görə, Tehranda 50 terror aktının törədilməsi nəzərdə tutulubmuş və bunun üçün lazım olan partlayıcı maddələr təmin ediblərmiş.
İranın 2-ci telekanalından yayımlanan bu sənədli filmdə terrorçuların üzü açıq olub və onların kimliyi tamaşaçlar tərəfindən müşahidə edilib.