XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 08:17

İsraildən Rusiyaya açıq dəstək – Libermandan açıqlama

İsrailin keçmiş xariсi işlər naziri Aviqdor Liberman son açıqlaması ilə ölkəsinin Rusiyaya açıq dəstəyini ifadə edib.

Strateq.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Liberman İsrail hökumətinin Rusiyaya qarşı sanksiya kampaniyasını dəstəkləmədiyini, Ukrayna məsələsində isə neytral mövqedə olduğunu bildirib. Liberman həmçinin Qərbin məlum sanksiyalarını Rusiyaya təzyiq siyasəti kimi qiymətləndirib: «İsrail anti-Rusiya sanksiyalarına qoşulmayıb və əvvəldən Ukraynadakı böhranı ictimai şəkildə qiymətləndirməkdən çəkinib».

Liberman bu mövqeyin nazir olduğu dövrlərdə onun rəhbərliyi altında formalaşdırıldığını və XİN rəhbəri postunu tərk etməsinə baxmayaraq, İsrail hökumətinin Rusiya və Ukrayna məsələsində eyni fikirdə qaldığını bildirib: «ümid edirəm ki, İsrailin mövqeyi sonadək belə qalacaq. Və bunun qarşılığında biz Rusiyadan heç nə gözləmirik».

Xatırladaq ki, Qərb dövlətləri ötən ilin martından bu yana Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib. Bu ilin martında ABŞ sanksiya siyahısını bir qədər də genişləndirib. Bir neçə gün əvvəl isə Avropa Birliyi ölkələrinin xariсi işlər nazirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2016-сı ilin yanvarına qədər uzadıb.