Qırğızıstanda istilərlə əlaqədar Baş nazir Sooronbay Jeenbekovun sərəncamı ilə yay aylarında dövlət qulluqçularının və bələdiyyə işçilərinin kostyum geyinmələri ləğv olunub.
Bu haqda Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, yeni qayda rəsmi tədbirlərə şamil olunmur(azərtac).