XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 10:19

İŞİD-in qadağaları və yaxşı tərəfləri haqda – Şahidlər danışır

Xilafətin adi günləri

Bağdadın, təxminən, 65 km qərbində yeləşən Falucə kimi qorxulu bir şəhərdə də Səlimin peşəsi xüsusilə təhlükəli idi – nə qədər ki, şəhərdə yaşayırdı, hər gün fiziki cəzaya və var-yoxdan çıxma təhlükəsinə məruz qalırdı. Ailədə yeganə işləyən və həm də qoca, xəstə atasının qayğısına qalan 35 yaşılı bu kişi məqaləmizin bütün qəhrəmanları kimi istəmir ki, əsil adı qəzetlərdə görünsün. İŞİD keçən ilin yanvarında Fəlucanı işğal edərkən dəllək işləməklə çörəkpulu qazanırdı.

İŞİD yaraqlıları işğalın ilk yarım ilində, bir qayda olaraq, İslam təməlçiliyinin qanunlarına əməl edilməsinə çox da ciddi yanaşmırdılar. İŞİD şəhərə tam hakim deyildi və əhalini üstünə qaldırmaq istəmirdi. Lakin yaraqlılar lap əvvəldən bir neçə önəmli məsələlərdə – məsələn, əsil müsəlmanın düzgün saç düzümü – amansız və fikirlərində qəti idilər. Saqqal saxlamaq vacib idi: kişilərin heç birinə saqqalı qırxmağa icazə verilmirdi, qərbsayağı təraş isə yasaqlanmışdı.

Səlim deyir ki, saqqal qırxmaq qadağan edilmişdi və buna əməl etməyənləri sərt cəza gözləyirdi.

İŞİD döyüşçüləri Falucədəki kişi bərbərxanalarının əksəriyyətini bağladılar, Səlimin salonu isə işində idi. “çünki mənim salonum sadəcə yoxsul və lövhəsiz idi, Buna görə də onu bağlamadılar”.

Lakin bərbərxananı bağlamadıqlarına baxmayaraq, müştərilərə xidmət siyahısında ciddi məhdudiyyətlər qoyuldu, buna görə də qazancı ailəni saxlamağa bəs etmirdi. O, gəlirini artırmağa və bazarda tərəvəz satmağa çalışarkən təraş olunmaq istəyən köhnə müştərilər, dostları və yaxud qohumları zəng edəndə ancaq salonda işləyirdi.

Günlərin birində – əmioğlusunun toy günündə bədbəxtlik üz verməyənə kimi hər şey qaydasında gedirdi. O deyir: “Əmioğlum yanıma gəldi və xahiş etdi ki, təkcə üzünü deyil, həm də saqqalını qırxım”.

Səlim bəla vəd edən bu cür xahişdən qorxdu. çünki İŞİD-in saqqal qırxmağa görə istənilən bərbəri məruz qoyduğu cəzadan xəbərdar idi. Əmioğlusunun xahişini yerinə yetirməkdən qəti şəkildə imtina etdi. Belə olanda əmioğlusu İŞİD-in saxlanmasını tələb etdiyi uzun saçları dəbə uyğun qısa şəkildə vurmağı xahiş etdi. Əmioğlusu onu dilə tutdu ki, “heç kim görməz, çünki üzü gecəyə doğru gedir, küçələrdə isə heç kim yoxdur”.

Səlim yarıkönül əmioğlusunun xahişini yerinə yetirdi və yaraşıq üçün “saçını da yağladı”.

Səlimlə əmioğlusu tezliklə anladılar ki, İŞİD yasaqlanmış məsələlərə necə ciddi-cəhdlə göz qoyur. Toydan dörd gün sonra Səlim bildi ki, İŞİD-in xəbərçisi onun qanunsuz hərəkəti haqda yerli dini məmurlara xəbər çatdırıb. Onu həbs edib ictimai cəzaya – 80 qamçı zərbəsinə məhkum etdilər. Əmr olundu ki, bərbərxanası bağlansın. Əslində isə, 50 zərbə yedi, çünki huşunu itirdi və onu xəstəxanaya götürdülər.

Falucədə çörəkpulu qazanmaqdan məhrum olan Səlim əvvəlcə, demək olar, tamamilə İŞİD yaraqlılarının hakimiyyətindəki Ənbar əyalətinin paytaxtı Ramadiyə getdi. Qardaşı burada yaşayırdı. Lakin İraq ordusunun təyyarələri şəhəri bombalayır, şiələrin silahlı dəstələri atəşə tuturdu. Buna görə də Bağdada, oradan isə iş tapmaq ümidiylə İraq Kürdüstanının paytaxtı Ərbilə keçdi. O, İŞİD-in nəzarətindəki ərazilərdən bura keçmiş və yalançı xilafətdəki gündəlik həyat haqda təsəvvür əldə etməkdən ötrü “The Independent“- jurnalistlərinin müsahibə götürdüyü saysız-hesabsız qaçqınlardan biridir. Son illərdə onların hər biri ilə – döyüşçü və fermerlərdən tutmuş tayfa başçıları və analara qədər hər kəslə başlarına gələnlərlə bağlı söhbət etmişik. Biz təkcə öz ərazilərini tərk edib onlara sığınacaq vermiş kürdlərin sayıqlığını uyutmağa çalışan sünni ərəblərin hər gün öz keçmiş hökumətlərini necə ifşa və ittiham etməsindən xəbər tutmağa çalışmırdıq. Fəlucada İŞİD-in sıralarından qaçmış Həmzə adlı döyüşçü deyir ki, tanımadığı adamları edam etmək əmri alacağına görə bu addımı atıb. Həm də ona yezidi qızlarla zorlanmadan heç də fərqlənməyən seks təklif ediblər. (Yezidilər kürd etnik qrupunun bir vaxtlar İslamı qəbul etməkdən imtina etmiş və buna görə də “kafir” adlandırılan təmsilçiləridir-red).

İraq ordusunun İŞİD-in komandiri olan zabitinin arvadı danışır ki, ərindən qaçıb, çünki düşünürdü ki, əri onu terrorçu-kamikadze olmağa məcbur edəcək. Bölgəsəl Kürdüstan hökumətinə pənah gətirənlərin əksəriyyəti yoxsulluq və zorakılıqdan qaçmağa cəhd edənlərdir. Başqaları iki səbəb göstərirlər: qorxurdular ki, övladlarını İŞİD ordusuna cəlb edərlər və yaxud qızlarını zorla İŞİD-in döyüşçülərinə ərə verərlər.

İŞİD-in nəzarətindəki ərazilərdə 5-6 milyon insan qadağa və nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edən ciddi qaydalar dünyasında yaşayırlar. “Allahdan gələn” bu qanunların pozulması qəddarcasına cəzalandırılır. Eyni zamanda güdülən hədəf var – insanın davranışını VII əsrdə Peyğəmbərin dönəmindəki kimi modelləşdirmək. Qanunlar kimin müsəlman olub-olmadığını dəqiq müəyyənləşdirir. Şiələrlə yezidilər isə şeytanın təcəssümü – qətlə yetirilməli və yaxud qul edilməli “kafir” və “bütpərəst” sayılır. Kişi-qadın münasibətləri sərt şəkildə reqlamentləşdirilib. Həm də qadınlar əşya səviyyəsinə endirilib. Səlimin sözlərinə görə, Falucədə İŞİD-in qaydalarını bilməyən bir nəfər də yoxdur. çünki bunları əvvəllər hər gün ucadan bəyan etməklə zəhlə tökərdilər. İndi isə həftədə üç dəfə vird edirlər. Səlim yaddaşı əsasında bir neçə misal çəkdi:

*Qızların cins geyməyinə icazə verilmir, müsəlman libası (əbayyə və çadra) geyinməlidirlər. Kosmetikadan istifadə yasaqlanıb.

*Siqaret çəkmək və saqqız çeynəmək qadağan edlib. Bu qadağanın pozulmasına görə 80 qamçı zərbəsi vura, bəzən isə – dəfələrlə pozmağa görə ölüm cəzası kəsilə bilər.

*”Daesh” – İŞİD-in ərəb variantının tələffüzü qadağan edilib. Bu yasağın pozulmasına görə 70 qamçı zərbəsi təyin edilib.

*Kişinin daxil olduğu qadın atelyeləri bağlanır.

*Ginekoloqlar yalnız qadınlardan ola bilər.

*Bazarda və yaxud mağazada alver edən qadınlara stulda əyləşmək qadağan edilib.

*Namaz vaxtı dükanlar bağlanmalıdır.

*Sərnişini onun xahişi olmadan uzaq məsafəyə aparan və sonra da onu geri qaytarmaq üçün pul tələb edən taksiçilər “xalqın mənafeynə ziyan vurmaqda” günahkar sayılır. (Bu, Falucədə geniş yayılmış cinayətdir). Cəzası – əlin kəsilməsi və yaxud boynun vurulmasıd
ır.

*Səlim daha xeyli misallar çəkə bilərdi. Evdən kişinin müşayiəti olmadan çıxan qadınları İŞİD-in zabitləri evə çatdırır, onların ərlərinə isə cəza müəyyən edilir – 80 qamçı zərbəsi.

Keçən il iyunun 29-da İŞİD xilafəti dirçəltdiyini bildirərkən onun xaricdəki əleyhdarları güman edirdilər ki, bu əcaib qanunlar və onun icrası yerli əhali arasında etirazlar doğuracaq. Hər necə olsa da, icra üçün nəzədə tutulmuş qaydalar şəriət çərçivəsindən və yaxud əksəryyəti İŞİD-in qaydalarına uyğun olan Səudiyyə Ərəbistanındakı vəhhabiliyin ehkamlarından kənara çıxır.

Qadının asılı durumu haqda qanun və məşhur məscidlərin, məsələn, Mosulda İŞİD-in sərdabə hesab etdiyi Yunis peyğəmbərin məscidinin məhv edilməsi hiddət dalğası doğurdu. Lakin əks-inqilaba və yaxud bütün opponentləri amansızcsına məhv edən silahlı müqavimət hərəkatına işarə də vurulmur. Qurbanlardan biri 864 tayfadaşının edamının şahidi olmuş Əlbu-Nimr sünni ərəb tayfasıdır. Həm də indiki anda İŞİD-n işğal etdiyi ərazilərdə yaşayan insanlar ondan qorxur və nifrət edir, müqavimət göstərmədən qaçırlar.

Falucəli bərbər Səlimin əhvalatı bunun baş verməsinin səbəbini izah edir. İŞİD öz ərazisində insanların yerdəyişməsini izləyir və məhdudlaşdırır. Lakin Səlim qardaşına baş çəkməyə getdiyini izah edib sərhəd məntəqələrini keçərək Ramadiyə çata bildi. Əslində isə, hökumət qoşunlarının əlindəki son anklavı mayın 17-də tutandan sonra başlanmış aviahücum və artilleriya atəşinə görə orada ancaq dörd gün qaldı. Səlim danışır ki, onda ailələrin çoxu Ramadidən çıxıb getdi, lakin çoxları qalmağı qət etdi. çünki bombalar altında yaşasalar da, şiələrin silahlanmış dəstələri və İraq hökumətindənsə, İŞİD daha yaxşıdır.

Buna bənzər sözü fotoqraf, valideynləri Ramadidə yaşayan sünni ərəb Mahmud ömər də işlətdi. Mahmud deyir: “İŞİD-in hərəkətləri çoxlarını dəhşətə gətirir. Lakin höklumət bizə daha yaxşı yanaşmaq və öz tərəfinə çəkmək əvəzinə bizə daha pis yanaşır”.

O, misal kimi Ramadinin hökumətin nəzarətində olan hissəsində polisin sünniləri həbsə almağı davam etdiriyi, işgəncə verdiyi və qohumları rüşvət verməyincə onları azad etmədiyi bir polis bölməsinin adını çəkdi: “Mən orada düz bir həftə saxlanan və qohumları 5 min dollar rüşvət verməyincə buraxılmayan bir nəfəri tanıyıram”.

İŞİD-in gücünün bir sirri bundadır. Onun bütün səhvlərinə baxmayaraq, İraqdakı sünni ərəblər onu müstəbid, effektsiz və əsasən şiələrdən ibarət Bağdad hökuməti ilə müqayisə edirlər.

Səlim İŞİD-in qələbəsinə qədər və sonrakı durumu müqayisə etmək xahişinə cavab olaraq deyir ki, şəhərdə İraq hökuməti olarkən nə işıq var idi, nə yanacaq, nə internet, nə də içməyə və xörək hazırlamağa yarayan su. Yerli camaatın hökumtdən etdiyi xeyli xahişlərə baxmayaraq, xəstəxana və tibbi mərkəz işləmirdi.

Yeni hökumətdən razı qalmağa əsası olmayan və döyülərək bərbərxanası əlindən alınmış Səlim deyir: “İŞİD hakimiyyətə gələndə isə Falucədən, Həsabədən çoxlu generatorlar gətirdilər. Bundan başqa, Həsabədəki elektrik stansiyasını təmir edirlər. Xəstəxanalara gəlincə isə, İŞİD Suriyadan həkim, cərrah və tibb bacıları gətirtdi və xəstəxana yenidən işləməyə başladı”.

Patrik Kokbern

“The Independent” (Böyük Britaniya), 28.06.2015