XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 17:27

Qəddafinin oğlu ölümcəzasından qurtuldu

Liviyanın keçmiş lideri Muammar Qəddafinin oğlu Seyf-əl-İslam Qəddafi amnistiyaya düşüb.

Bu barədə onun vəkilləri “France 24”-ün ərəb bölməsinə müsahibələrində deyiblər. 

Xatırladaq ki, ötən il iyulun sonunda Tripoli məhkəməsi Qəddafi rejiminin 10 nümayəndəsi, o cümlədən oğlu Seyf-əl-İslam Qəddafi barəsində ölüm hökmü çıxarıb. 

Onlar 2011-ci il iyunun 17-dən baş verən inqilab zamanı dinc nümayişçiləri öldürməyə təhrik etmək və nümayişləri dayandırmaq üçün cəza dəstələri formalaşdırmaqda, həmçinin korrupsiya cinayətlərində təqsirli biliniblər(apa).