Rumıniyanın hökumət başçısı Daçian Çioloş nəqliyyat naziri Dan Kosteskunu, rabitə və ictimai informasiya naziri Marius-Raul Bostanı, təhsil və elm naziri Adrian Kurajı və xaricdə yaşayan rumınlarla əlaqələr üzrə nazir Dan Stoeneskunu vəzifəsindən azad edib.
Baş nazir hökumətin yeni “nəfəsə” ehtiyac olduğunu vurğulayıb(azərtac).