XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2016 - 08:40

ABŞ dövlət katibi Con Kerri Ukraynaya gəlir

kerri-con-1

Bu gün ABŞ dövlət katibi Con Kerri  Ukraynaya səfər edəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Dövlət katibi Ukrayna rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların gedişini və Donbasda münaqişənin nizamlanması üzrə Minsk razılaşmalarının icra edilməsi məsələsini müzakirə edəcək”, deyə C.Kirbi bildirib. (APA)

Səfər çərçivəsində C.Kerri Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman ilə görüşəcək. Bundan sonra ABŞ dövlət katibi prezident Barak Obamanı müşayiət etmək üçün iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitinə yollanacaq.