XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 09:32

NATO və Rusiya görüşməyə razılaşdılar:Moskva gələn həftə 28 dövlətlə müzakirə aparacaq

nato-sammit

NATO və Rusiya gələn həftə danışıqlar aparmağa razılaşıblar.

Strateq.az  Azadlıq radiosuna istinadən bildirir ki, bu, NATO-nun Polşa sammitindən bir neçə gün sonraya təsadüf edəcək. Alyansın baş katibi Con  Stoltenberq bəyanatında deyib ki, NATO-Rusiya Şurasının iclası iyulun 13-də NATO-nun Brüsseldəki qərargahında baş tutacaq. Varşava sammiti isə iyulun 8-9-da keçiriləcək.

Rusiyanın NATO-dakı təmsilçisi Aleksandr Qruşko da Rusiya və alyansın 28 üzvünün səfirlərinin görüşəcəyini təsdiqləyib. Stoltenberqin sözlərincə, şura “dialoq və informasiya mübadiləsindən ötrü foruma çevrilə, gərginliyin azaldılmasında vacib rol oynaya bilər”. Şura 2014-cü ildən bəri ilk iclasını apreldə keçirib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra NATO-Rusiya münasibətləri soyuq müharibə dövründən bu yana ən aşağı həddə düşüb.