XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 11:58

Ulu dilin yaradıcıları Anadoluda yaşayıblar

çağdaş dillərin kökü birdir

Bioloq və təkamül üzrə mütəxəssis Kventin Atkinsonun araşdırmaları əsasında ilkin dilin tarixi təsirini əks etdirən interaktiv xəritə tərtib edilib.

Bu gün planet əhalisinin, demək olar, yarısı Hind-Avropa dillərindən birində danışır. Onların əksəriyyəti protohind-avropa dili kimi məşhur olan Anadolu dilinin törəmələridir.

Dilçilərin əsərlərinə inansaq, təqribən, 3 milyard adam kökləri yeganə “əcdad”a gedib çıxan bir dildə danışır: hər şeydən göründüyü kimi, ondan böyük və tək bir köçəri tayfası istifadə edib.

Mütəxəssislərin fikrincə, hərbi vərdişlər və atla səfər işğal yolu ilə dilin yayılmasında bu tayfa üçün başlıca üsul idi. Bu dilin yaradıcılarını, yaranma dövrü və yayılma şəraitini çoxlu sual bürüsə də, hər halda ekspertlər bir məsələdə eyni məxrəcə gəlirlər: bu gün dünyada istifadə edilən çağdaş dillərin, demək olar, yarısı onun “törəməsi”dir. Bu dildə isə yazı buraxmadan, sadəcə, danışırdılar.

Bu gün hind-avropalıların (onları həm də “arilər” adlandırırlar) dəqiq mənşəyinə dair bir-biri ilə rəqabət aparan iki mülahizə mövcuddur. Ən geniş yayılmış nəzəriyyə Rusiya, Ukrayna və Qazaxıstan ərazilərindəki çöllüyü onların doğma vətəni sayır. Dil orada köçəri tayfalarda 6000 il bundan əvvəl yaranıb.

İkinci, nisbətən az məşhur olan mülahizəyə görə, hind-avropalılar Anadoluda (indiki Türkiyədə) yaşayıblar. Oklənd universitetinin alimləri ikinci mülahizəyə dəstək kimi Hind-Avropa dillərnin daha qədum kökü (e.ə.8000-9000 il öncə) olduğunu iddia etdikəri əsəri ortalığa qoyublar.

Dilin mümkün vətəninə gəlincə isə, mütəxəssislər hazırda Türkiyənin yerləşdiyi Anadolunu göstərirlər. Mütəxəssislərin təsdiq etdiyi kimi, ilkin dilin sahibləri heyvanları əhliləşdirməyi bacarır və kənd təsərrüfatı ilə məşğul olurdular. Onların dili fəaliyyətin bu növünün genişlənməsinə paralel olaraq yayılıb.

Bioloq və təkamül üzrə mütəxəssis Kventin Atkinsonun “Science” dərgisində dəc olunmuş araşdırması əsasında interaktiv xəritə tərtib olunub. O bu dilin təsir dairəsi və indiki anda danışılan xeyli dillərin yaranmasına qədər Hind-Avropa mədəniyyətinin bütün dünya üzrə yayılmasını izləməyə imkan verir.

Antropoloq Devid Entoninin “At, təkər və dil. Avrasiya çöllərinin tunc dövründəki atlıları çağdaş dünyanın simasını necə biçimlədilər” (The Horse, the Wheel, and Language: How Bronze-Age Riders from the Eurasian Steppes Shaped the Modern World) əsərinə inansaq, köçəri tayfalar 6000 min il əvvəl dünyaya öz təsirlərini yaymağa başlayıb.

Protohind-avropa dilinin daşıyıcıları tarixin həlledici dönəmində strateji baxımdan önəmli coğrafi bölgədə yaşayırdılar. Onlar xüsusən də nəqliyyat sahəsindəki uğurlarla, məsələn, atın əhliləşdirilməsi və təkərin kəşfindən istifadə edə bilərdilər.

Bu cür xeyli əsas vasitələr onlara Avropa və Asiyanın oturaq xalqları üzərində hərbi üstünlük verdi.

Antropoloqun sözlərinə görə, bu hind-avropalılar bioloji innovasiyalardan da faydalanırdılar: qidalanma-həzm sisteminin genetik mutasiyası onlara sabit olan və asanılqla nəql edilən südə vərdiş etməyə imkan verdi.

“Atlantico” (Fransa), 28.06.2015