XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 09:49

Xameneyidən bayram xütbəsi:“Bəzi islam dövlətləri Fələstin amalına xəyanət edib”

xamneyi

“Bəzi islam dövlətləri Fələstin amalına xəyanət etsələr də, İran xalqı bütün düşmənlər qarşısında durmağa və Fələstin məsələsini gündəmdə saxlamağa hazırdır”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xameneyi  bayram namazındakı xütbəsinə deyib.

Dini lider  çox isti havada Qüds Günü yürüşünü keçirməyi mübarək Ramazan ayında vətəndaşların mücahidliyi, böyük işlərindən biri və başqa gözəl cilvə adlandırıb.

Xameneyi son günlər İraq, Türkiyə, Banqladeş və bəzi digər ölkələrdə terror aktlarına toxunaraq deyib ki, bu cinayətlər ABŞ, İngiltərə və İsrailin  təhlükəsizlik xidmətlərinin vasitəsi ilə terrorçuları yetişdirməyin nəticəsidir.

Təəssüflər olsun ki, bəzi ölkələrdə müsəlmanların builki Fitr bayramı ağalarının  göstərişi ilə əsil islamı "saxta və alternativ islama" çevirmək istəyən terrorçuların əli ilə matəmə döndü. Bölgədə günahsız insanları qırmağın məsuliyyəti təkfirçi terrorçuları himayə edənlərin üzərinə düşür. Onların özləri də tədricən terrorizmdən zərbə almaqdadırlar. Amma onların bu günahı və cinayəti unudulmayacaq”.