XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 11:21

Saakaşvilinin zirehli maşınını oğurladılar:Avtoritetlər eks-prezidentə şərt qoydular

saakasvili masin

İyulun 6-da Kiyevdə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin zirehli avtomobili oğurlanıb.

“Strana.ua” saytının verdiyi xəbərə görə, 6 milyon qrivna dəyərində “Toyota Land Cruser” avtomobilinin “Quqa” ləqəbli kriminal avtoritet Sergey Qlontinin mütəşəkkil cinayətkar dəstəsi tərəfindən oğurlandığı bildirilir.

S. Qlonti hazırda təcridxanadadır və bu gün məhkəmə onun apellyasiya şikayətinə baxmalıdır. Oğurluğun Ukrayna hüquq-mühafizə orqanlarındakı “gürcü klanı”nın S. Qlontiyə loyallığına nail olmaq məqsədilə törədildiyi xəbər verilir. Məhkəmə vəkillərin arqumentləri ilə razılaşarsa, S. Qlonti ekstradisiya edilməyəcək və azadlığa buraxılacaq. Bu halda avtomobil sahibinə qaytarılacaq. (APA) 

Tbilisi kriminalının liderlərindən olan S. Qlonti bu il iyunun 21-də Macarıstan hüquq-mühafizə orqanlarının ötürdüyü informasiya əsasında Kiyevdə saxlanılıb. Ona 40 sutka inzibati həbs cəzası verilib. S. Qlonti fırıldaq yolu ilə Macarıstan vətəndaşlığı almaq cəhdində günahlandırılır.