XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 14:09

Münhen Konfransının sədrindən NATO-ya çağırış:“Qapıları Rusiyanın üzünə açın!”

munhen

 “İranın nüvə işinin başa çatmasını nəzərə alaraq, NATO-nun RƏM sisteminin quraşdırılmasına heç bir səbəb qalmayıb”.

Strateq.az bildirir ki, bu sözləri Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İsinger alyansın Rumıniya və Polşada raket sistemlərini yerləşdirmək barədə qərarını şərh edərkən deyib.

Onun sözlərinə, NATO-nun Rumıniya və Polşada RƏM sistemi quraşdırması Rusiyanın qayğılarının artmasına səbəb olacaq. Halbuki, Almaniya NATO ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsini istəyir. İsingerin sözlərinə görə, NATO məntiqli və ağıllı bir siyasət yürütməli və Rusiya qarşısında təmkinli davranmalıdır. Buna görə də, hamı yeni silahlanma rəqabətinin qarşısını almağa  çalışmalıdır: “NATO-nun Varşava sammiti  qapıları Rusiya ilə əməkdaşlığa açmalıdır. Çünki, Rusiya ilə dialoq silahlanmaya nəzarəti təmin edə bilər”.