XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 15:28

Ruslar Ermənistandakı elektrik şəbəkələrini satır? – Şirkətdən açıqlama
Rusiyanın “İnter RAO” Açıq Səhmdar Cəmiyyəti ona məxsus “Ermənistan elektrik şəbəkələri” törəmə şirkətini satmaq üçün danışılar aparmır.
Bu barədə şirkətin nümayəndəsi Anton Nazarov bildirib: “Biz danışıq aparmırıq və satışı da planlaşdırmırıq”.
Qeyd edək ki, “Kommersant” qəzeti “İnter RAO“-nun “Ermənistan elektrik şəbəkələri“ni erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyana satmaq üçün danışıqlar apardığını iddia edib. Qəzetin məlumatına görə, artıq “İnter RAO” bu istiqamətdə Karapetyan və erməni əsilli başqa bir rusiyalı biznesmenlə danışıqlar aparır(Musavat.com).
Xatırladaq ki, “Ermənistan elektrik şəbəkələri” Ermənistanda 36 min km-lik elektrik şəbəkəsinə (demək olar, ölkənin bütün elektrik təsərrüfatına) sahibdir. Eyni zamanda yeganə enerji satıcısıdır, yəni monopolistidir. ötən il şirkətin gəliri 157,3 milyard dram (333,8 milyon dollar), ziyanı isə 10,7 milyard dram (22,6 milyon dollar) olub.