XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyul 2016 - 17:25

İranın neft-kimya zavodunda yenidən güclüyanğın başlayıb

iran yanqin

Bu gün İranın Mahşər limanındakı  "Bu Əli Sina" neft-kimya zavodunda yenidən güclü yanğın başlayıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, zavodda dünən baş verən yanğın bu gün səhər saatlarında tam söndürülüb. Buna baxmayaraq, günorta saatlarında yenidən yanğın başlayıb.

İlkin ehtimala görə, ərazidə yanğının təkrar başlamasına səbəb 2001 saylı yanacaq saxlancından neft-kimya məhlulunun sızması və söndürülmüş bölgədə alovun yenidən közərməsi olub. Havanın isti və küləkli olması yanğını miqyasının qısa vaxtda böyüdüb. Alovun digər yanacaq çənlərinə keçməsi təhlükəsi var. Yanğını söndürmək üçün Tehrandan yanğınsöndürən təyyarə və vertolyotlar da cəlb olunub.