Suriyanın şimalına hərbi müdaxilə planını müzakirə edən Türkiyəyə PKK terror təşkilatından təhdid gəlib.
Türkiyə mediası xəbər verir ki, PKK-nın Kandildəki rəhbərlərindən olan Murad Karayılan Suriyaya hərbi müdaxilənin olacağı halda Türkiyəni müharibə meydanına çevirəcəklərini söyləyib:
“Bu müdaxilə Rojavaya deyil, bütün kürd xalqına qarşı edilən bir müdaxilə sayılacaq. Açıq danışıram, əgər Türkiyə Rojavaya müdaxilə etsə, biz də Türkiyəyə müdaxilə edərik. O zaman bütün Türkiyə müharibə meydanına çevrilər”(Pubika.az).