XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 10:12

“ABŞ-ın etdiyi hərəkət elə bir mənfur cinayətdir ki,…” –Şimali Koreya ABŞ-ı hədələdi

koreya

Şimali Koreya Xalq Demokratik Respublikasının rəhbərliyi ABŞ tərəfindən ölkə başçısı Kim Çen Ina və bir sıra yüksək mənsəbli dövlət xadiminə sanksiya tətbiq edilməsini "Müharibə elan olunması" kimi dəyərləndirib.

Rəsmi Pxenyan həmçinin ABŞ-ın sanksiyasını "iyrənc cinayət" adlandırıb. 

"ABŞ-ın etdiyi hərəkət elə bir mənfur cinayətdir ki, onu heç vaxt bağışlamaq olmaz", – deyə ŞKXDR-in xarici siyasət idarəsinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, ŞKXDR rəhbərliyi sanksiyaların ləğvini tələb edir, yoxsa Şimali Koreya və ABŞ arasında bütün diplimatik münasibətlər pozulacaq.

Musavat.com