XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 00:25

Ərəblər BMT ofisini də bombaladılar – Mühafizəçi yaralanıb
BMT-nin Yəməndəki ofisinə ərəb koalisiyasının hava hücumu nəticəsində ciddi ziyan dəyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mətbuat xidmətindən bildirilib.
“BMT baş katibi koalisiyanın BMT-nin Adendəki kompleksinə endirdiyi hava zərbəsini pisləyir. Hücum nəticəsində BMT-nin İnkişaf Proqramı ofisinə ciddi ziyan dəyib, mühafizəçi yaralanıb”, – deyə təşkilatən bəyanatında bildirib.
BMT baş katibi insidentin araşdırılmasını və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib. Baş katibin bəyanatında BMT obyektlərinin toxunulmazlığı və əməkdaşlarının fəaliyyətinə hörmətlə yanaşılmalı olduğunu qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.