XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2016 - 16:20

Putin silah satışından qazancı açıqladı:“Sifariş portfelimiz 50 milyard dolları keçib”

putin herbi

“Rusiyanın silah və hərbi texnika ixracının həcmi artıq beş milyard dollara çatıb. Sifariş portfeli isə 50 milyard dolları keçib”.

Strateq.az bildirir ki, bu sözləri prezident Vladimir Putin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Komissiyanın iclasında çıxışı zamanı bildirib. Putinin sözlərinə görə, milli silah və hərbi texnika ən müxtəlif vəziyyətlərdə özünün etibarlılığını subut edib. Rusiya silahları Avropa, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ordusunda istifadə edilir.  

“Bu ixracın həcmi genişlənməkdədir”,- deyən Putin vurğulayıb ki, 2016-cı il üçün nəzərdə tutulmuş tapşrıqlar yerinə yetirilib.   

Prezident  Rusiya ali hərbi məktəblərində əcnəbi tələbələrin sayının artmasını da müsbət qiymətləndirib: “Bu yaxınlarda hərbi məktəblərimizin buraxılışı oldu. Orada diqqət elədim ki, məzunların arasında xarici, əsasən Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına üzü olan ölkələrin hərbi qulluqçuları az deyil. Bu doğru addımdır və gələcəkdə davam etdirilməlidir”.