XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 16:57

İranın neft naziri:“Kimya zavodundakı partlayış təxribat deyil”

 zavod iran

“Bu -Əli Sina Neft-Kimya Kompleksinin Mahşəhr xüsusi neft-kimya zavodunda yanğına səbəbi texniki məsələ olub.  Heç bir təxribat baş verməyib”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın neft naziri Bijən Zəngənə deyib.

Zəngənə bu gün Mahşəhrə səfəri zamanı Bu-Əli Sina Neft-Kimya Kompleksində yanğına onun bölmələrindən birində sızmanın səbəb olduğunu deyib. Onun sözlərinə görə, hazırda bütün səylər yanğının söndürlüməsinə yönəldilib.

Nazir Mahşəhr şəhərinin boşaldılması barədə şayiəni təkzib edərək bildirib ki, peşəkar qrupun səyi ilə yanğın söndürmə əməliyyatı həyata keçirilməkdədir və peşəkar qrup hazırda bu əməliyyata komandanlıq edir.

Zəngənə  hadisə nəticəsində ölən və yaralının  olmadığını deyib.

Xatırladaq ki, Bu-Əli Sina Neft-Kimya Kompleksinin Mahşəhr xüsusi neft-kimya zavodunda 4-cü platforma  çərşənbə günü axşam partlayış və gücülü yanğın olub.