XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 13:19

Qatar əmri niyə gözlənilmədən Ankarada peyda oldu?

Katar Emiri'nden Ankara'ya sürpriz ziyaret

Son vaxtlar Türkiyə xarici qonaqlarla aşıb daşır. Dünən ABŞ-ın ən ünlü generalları qardaş ölkədəydi, bu gün Qətər əmirinin Ankaraya işguzar səfərə gəldiyi bildirilir. Verilən məlumata görə, əmirin səfəri qısa sürəcək. O, Türkiyəyə Prezident Ərdoğanla görüşməyə gəlib. Görüş başa çatandan sonra isə Qətər lideri Seyx Tamim Bin Həməd əl-Saninin ölkədən dərhal ayrılacağı deyilir.

Ekspertlər bu səfərlərin təsadüfi olmadığını düşünürlər. Qətər də İŞİD-ə qarşı formalaşdırilan kaolisiya qüvvələri arasındadır, dünən gələn generallar da ABŞ-ın həmin qurumla mübarizə aparan ordu hissələrinə rəhbərlik edirlər. Bu gün Türkiyənin Xarici İşlər nazirinin İncirlik hava sahəsini koalisiya qüvvələrinə açmayacağını bəyanlaması da görünür, Qərb dünyasında generallara cavab kimi dərk olunub. Yəqin, Qətər əmiri də məhz Ərdoğana ağalarının hansısa mesajı çatdırmaq üçün bu gün gözlənilmədən Ankarada peyda olub.