ABŞ NATO-nun şərq qanadını gücləndirmək üçün Polşaya təxminən min əsgər göndərəcək.
Strateq.az xəbər verir ki, bunu ölkə prezidenti Barak Obama deyib.
Varşavada keçirilən NATO-nun dövlət və hökumət başçıları sammiti çərçivəsində Polşa prezidenti Andrzej Duda ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Obama NATO-nun Şərqi Avropadakı hərbi varlığını artırmağa hazırlaşdığını etiraf edib və ölkəsinin bölgəyə hərbi birliklər göndərilməsində aparıcı rol oynayacağını bildirib.