XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 11:46

İranlı nazir:"Bu-Əli Sina neft-kimya kompleksindəki yanğın terror aktı deyil"

İranın Maşanşəhər şəhərində yerləşən Bu-Əli Sina neft-kimya kompleksində baş verən yanğın davam edir. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun söndürülməsinə və kompleksin başqa tikililərinə keçməsinin qarşısını almağa çalışırlar.

Hadisə yerinə gələn İranın neft naziri Bijən Namidar Zəngənə jurnalistlərə bildirib ki, yanğın terror aktı deyil. Yanğına qurğulardakı texniki nasazlıq səbəb olub.

İranın neft naziri bəzi kütləvi informasiya vasitələrində çoxlu sayda işçinin həlak olması barədə yayılan xəbərləri təkzib edib. Nazir şəhər əhalisinin köçürülməsinə ehtiyac olmadığını da deyib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir(azərtac).