XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 18:09

NATO Əfqanıstanda missiyasının müddətinidaha bir il uzadıb

nato

NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb.

Bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib. Baş katib deyib ki, Varşava sammitində “Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək.

Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər – 12 min əsgər saxlayacağını açıqlayıb.

Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək. Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər(apa).