XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

10 İyul 2016 - 11:02

Türkiyədə daha bir terror:bomba yüklü avtomobil partladıldı

Türkiyənin Van vilayətinin Erciş mahalında jandarma məntəqəsi yaxınlığında bomba ilə dolu avtomobil partladılıb.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir əsgər və bir kənd qoruyucusu həlak olub, 10 əsgər və 5 kənd qoruyucusu yaralanıb. Əraziyə çoxlu sayda tibbi yardım briqadası göndərilib.

Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.