XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 12:00

Vahimə doğuran Avropa – Təhlil

Avropa Yunanıstanı küncə qısnadı: “Yox!”

Yunanıstan böhranı soyuq müharibə cizgilərinə çalır. Son günlərdə Avropa layihəsinin zəif yönlərini cikindən bikinə qədər faş edən iki qarşı duran tərəfin qeyri-adi hücum və geriləmələrinin şahidi oluruq. Ayrı-ayrı dövlətlərin, iki əsas siyasi klanın və kreditor müəssisələrin hegemoniyası demokratiyanın təməllərinin devrirdiyi ən yüksək nöqtəyə çatıb.

SİRİZA-nın (Yunanıstanda hakim partiya-red.) sizin xoşunuza gəlir-gəlmir, danışıqlarda onun strategiyasını qəbul edib-etmədiyinizdən asılı olmayaraq, fakt budur ki, seçicilərin mandat etibar etdiyi Yunanıstanın qanuni hökumətini məhz o, təmsil edir.

Danışıqların yunan iştirakçıları dəfələrlə deyiblər ki, “müəyyən qırmızı xətlər”dən o yana keçə bilməzlər. Bununla belə, onlar nəhayət kreditorların son təklifi ilə üzləşib referendum vasitəsiə son sözü xalqa qaytarmaq qərarına gələnə qədər güzəştə gedirdilər.

Heç də ən əlverişli vaxt seçilməyib, lakin bu, SİRİZA-nın qanuni aktıdır – xüsusən də nəzərə alınsa ki, sorğuların məlumatına görə, yunanların əksəriyyəti avro zonasında qalmağa və AB üzvlüyünü qoruyub saxlamağa üstünlük verir.

Bu kontekstdə Avropa qrupu necə hərəkət edir? Demokratiyanın ölkədə tam şəkildə kök atmasından ötrü yardım proqramının daha bir ay uzadılması haqda xahişə kreditorların və avropalı tərəfdaşların cavabı qəti şəkildə “yox” oldu. Nəticədə heç kimin seçmədiyi xanım Laqard (Beynəlxalq Valyuta Fondunun direktoru-red.) bildirir ki, yardım proqramının müddəti bitdiyi gündən, yəni ayın 30-dan sonra kreditorların təklifi daha qüvvədə deyil. Bu isə o deməkdir ki, referendum mənasız olur.

Bax, Avropa bu günə düşüb. O, hakim siyasi klanların nəzarəti altında olmaqla alman mahafizəkarlığı il diqtə olunan sərt qənaətin çeynənmiş rəsmi diskursuna hansısa bir alternativ imkanı vermək istəmir. Hələ demokartik legitimliyindən asılı olmayaraq, hansısa bir yeni simadan danışmırıq. Lakin ən yüksək ədəbsizliyi sərt qənaət proqramı qəti şəkildə rədd edən İspaniya nümayiş etdirir və indi kəskin tənqidlə Yunanıstanın üstünə düşür.

Cənab Raxoya (İspaniyanın baş naziri-red.) kimsə izah etməlidir ki, sərt qənaət planlarına görə üDM-i artıq 25% azalmış, 200 min hökumət məmurunun işdən məhrum olduğu, gənclər arasında işsizliyin 52% təşkil etdiyi, təqaüdçülərin 45%-nin və uşaqların 40%-nin yoxsulluqdan aşağı həddə yaşadığı Yunanıstanı əzməyə kömək etmək əvəzinə ölkə daxilində yüksəksəviyyəli siyasi idarəçilik yaratmaq lazımdır.

Referendum keçirilsə, çox güman ki, qorxu üstün gələcək və “bəli” qalıb gələcək. SİRİZA-nın ətrafındakı mötərizələr bağlanacaq, onun yerinə isə yeni, daha sözəbaxan, daha dostcasna proqrama çıxış əldə edən hökumət gələcək. Və borcun qismən bağışlanması mütləq həmin proqrama daxil ediləcək. Baxarıq. Bu arada Avropa layihəsi yerində addımlamaqdadır.

Juze Mendeş

“Jornal de Noticias” (Portuqaliya), 30.06.2015