XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 12:03

İspaniyadakı öküz yarışları zamanımatador dünyasını dəyişib

İspaniyanın şərqindəki Teruel şəhərində keçirilən öküz yarışları zamanı sinəsindən zərbə alan matador dünyasını dəyişib.

29 yaşlı matador Viktor Barrio öküzün buynuz zərbələri nəticəsində dünyasını dəyişib.

V.Barrio İspaniyada XXI əsrdə öküzün buynuz zərbəsi nəticəsində ölən ilk matadordur. Ölkədə sonuncu dəfə 1992-ci ildə Ramon Soto Varqas adlı matador öküz yarışları zamanı aldığı zərbədən dünyasını dəyişmişdi.