XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 16:29

ABŞ:etirazlar artır, həbslər var

ABŞ-ın ayrı-ayrı şəhərlərində qaradərili şəxsin polis tərəfindən öldürülməsinə etiraz olaraq aksiyaların sayı artmaqdadır.

BBC xəbər verir ki, Minnesota ştatında yollar bağlanıb, Yeni Qara Qaplan Partiyasının üzvləri Louisiana-nın Baton Rouge şəhərində polislə qarşıdurmaya giriblər.

Onlarla insanın həbs olunmasına baxmayaraq, aksiyalar əsasən dinc keçib. Etiraz yürüşü zamanı beş polis işçisinin qaradərili şəxs tərəfindən qətlə yetirildiyi Dallas şəhərində də vəziyyətin gərgin olduğu bildirilir.

Polis qətllərinə qarşı etirazlar Minnesota ştatında Philando Castile və Louisiana-da Alton Sterling-in ölümündən sonra alovlanıb. Minnesota-nın St Paul şəhərində gecə boyu polisə daş və butulkalarla hücum olub. Etirazçılar şəhərə əsas giriş yolunu bağlayıblar.