XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 15:16

Britaniyadan İŞİD-lə bağlı çağırış: “”İslam dövləti” deyib, müsəlmanları təhqir etməyin!”

Britaniya baş naziri Devid Kemeron İŞİD-lə («İraq Şam İslam Dövləti») bağlı maraqlı çağırış edib.

Strateq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş nazir BBC-yə müsahibəsində İŞİD-in «İslam dövləti» kimi təqdim edilməsinin terror təşkilatı ilə heç bir bağlılığı olmayan milyonlarla müsəlmanı aşağıladığını bildirib.

Aparıcının İŞİD-i «İslam Dövləti» kimi təqdim etməsini irad tutan Kameron «BBC-nin terror təşkilatını belə adlandırmağa son verməsini istəyirəm», – deyib və sözlərinə əlavə edib:

«Onlar İslam dövləti deyil, qorxunc, barbar bir rejimdir. Əməlləri İslam dini ilə ziddiyyət təşkil edir. Bu verilişi dinləyən bir çox müsəlman İslam dövləti ifadəsini hər eşitdiyində özünü təhqir olunmuş hiss edəcək. Ona görə İŞİD demək daha yaxşıdır».