XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 15:26

Rusiyadan Kanadaya operativ cavab

Kanada hökumətinin Rusiyaya qarşı sanksiyaları genişləndirməsinə rəsmi Moskvadan operativ cavab gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın məlum qərarını Rusiya Xarici İşlər Nazirliyi şərh edib. Rusiya XİN-dən bildiriblər ki, Kanadanın bu addımı iki ölkə arasında onsuz da xoş olmayan münasibətləri bir az da pisləşdirəcək. XİN rəsmisi Aleksandr Lukaşeviç Kanadanın Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməsindən təəssüfləndiyini bildirib.

Xatırladaq ki, Kanada hökuməti Rusiyanın bəzi məmurlarına və şirkətlərinə qarşı ötən il tətbiq etdiyi sanksiyalara əlavələr edərək siyahıya yeni şəxslərin və qurumların adlarını daxil edib. Kanada Krımla ticari əlaqələrə, yarımadaya sərmayə qoyuluşuna, orada hər hansı maliyyə əməliyyatları aparılmasına da qadağa qoyub.

Strateq.az