XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 23:59

Gürcüstanın NATO ilə əməkdaşlığı Rusiya üçün təhlükə yaradır? –Prezidentdən reaksiya

marqe

"Gürcüstanın NATO ilə əməkdaşlığı Rusiya üçün heç bir təhlükə doğurmur".

Bunu Gürcüstan prezidenti Georgi Merqvelaşvili NATO-nun Varşavada keçirilən sammitindən sonra Tbilisinin "İmedi" telekanalında bildirib.

Onun sözlərinə görə, ölkəsinin alyansla əməkdaşlığı hər hansı dövlətə qarşı deyil, Rusiyanın cənub sərhədində stabilliyin daha yaxşı təmin olunması üçün regionun sabitliyinə yönəlib.

"Rəsmi Tbilisi Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ölkəmizin ərazi bütövlüyü əsasında Rusiya ilə mehriban qonşuluq münasibətləri mövqeyindən çıxış edir", – deyə, o, vurğulayıb. 

Report