XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 10:01

Dallasda polisləri öldürən şəxsin şəhərdə partlayış planlaşdırdığıməlum olub

polis dallas

Dallasda 5 polis əməkdaşını qətlə yetirmiş ordu veteranı hüquq-mühafizə qüvvələrinə daha böyük hücum planlaşdırırmış.

Şəhər polis rəhbərinin iyulun 10-da bildirdiyinə görə, bu hücum partlayıcılarla həyata keçiriləcəkmiş. 25 yaşlı afroamerikalı Conson deyib ki, o, polisin qaradərililərin öldürməsindən qəzəblənib və ağdərili polis əməkdaşlarını öldürmək istəyib. (Azadlıq Radiosu)

Polis rəhbəri Devid Braun CNN televiziyasına söyləyib ki, “bu şübhəlinin başqa planları olmasından əminik”. Minnesota və Luizana ştatlarında iki qaradərilinin polisin əlində ölməsi ABŞ-da etirazlara səbəb olub. Dallasda etiraz zamanı isə polis əməkdaşları snayperdən açılan atəşlə qətlə yetirilib.

Cohnson özü də polislə atışmada öldürülüb.

Devid Braun CNN-ə deyib ki,Consonun evindən tapılan qeyd kitabçasına əsasən onun partlayıcıları sınaqdan keçirdiyini, daha böyük hədəflərə zərbələr planlaşdırdığını söyləmək olar.