XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 10:07

Ben Ladenin oğlu ABŞ-ı hədələdi:“Atamı öldürdüyünüzə görə cavab verəcəksiniz”

ben laden

“Əl-Qaidə” qruplaşmanının yaradıcısı Usəma bin Ladenin oğlu  atasının qətlinə görə ABŞ-ı hədələyib. İyulun 10-da “Əl-Qaidə”in media qanadı olan “As-Sahab” video yayıb.

Həmin videoda Həmzə bin Laden deyir ki, amerikalılar liderlərinin qərarlarının hesabını verəcəklər.

O, silahlı qruplaşmanın müsəlmanların məruz qaldığı “zülm”ə görə ABŞ-a qarşı cihad, yaxud müqəddəs müharibə aparacağını söyləyib. “Abbottabadda törətdiyiniz günahın cəzasız qalacağını düşünürsünüzsə, yanılırsız” – deyə, o bildirib.

Bin Laden 2011-ci ilin mayında Pakistannın Abbottabad bölgəsində gizləndiyi yerdə öldürülüb. (Azadlıq)

Oğlunun harda olması isə bəlli deyil. Təhlilçilərin fikrincə, o, “Əl-Qaidə”nin rəhbərliyinə keçməyə hazırlaşır.