XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 11:09

Aralıq dənizindən İsrailə qaz kəməri çəkilir:ABŞ və İsrail birgə konsorsium yaratdı

israil qaz

ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıblar.

“Bloomberght.com” saytı  xəbər verir ki, konsorsium tərəfindən təsdiqlənən yeni investisiya “Tamar-8” təbii qaz yatağında qazma işləri üçün istifadə ediləcək.

Konsorsium İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarətdir. “Tamar-8” təbii qaz yatağı Aralıq dənizinin İsrail sahillərinə 10 kilometr uzaqlıqda, yerin 3,5 kilometr dərinlikdə yerləşir və mövcud layihənin 8-ci quyusudur. Bu ilin sonuncu rübündə icra edilməsi planlaşdırılan layihənin 4 ay davam edəcəyi bildirilir.

Qeyd edək ki, “Tamar” təbii qaz yatağı İsrailin Hayfa limanından 130 kilometr uzaqlıqda yerləşir. 2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən yatağın 238 milyard kubmetr təbii qaz ehtiyatına malik olduğu təxmin edilir.