XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 14:25

Erməni parlamentinin vitse-spikeri:“Hətta Madrid prinsipləri əsasında belə danışıqlar aparmağa hazırıq”

sarmaznov

“Ermənistan hətta Madrid prinsipləri əsasında belə danışıqlar aparmağa hazırdır”.

 “News.am” saytının verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

 O bildirib ki, Madrid prinsipləri Ermənistanın arzusundakı sənəd olmasa da, rəsmi İrəvan onu əsas kimi qəbul edir: “Onun əsasında bir sıra işçi sənədlər, o cümlədən, Azərbaycanın imtina etdiyi Kazan sənədi hazırlanıb".

 E. Şarmazanov, həmçinin, vurğulayıb ki, Ermənistan üçün əsas xalqların öz müqəddəratını təyin etməsi prinsipidir: "Xalqların öz müqəddəratını təyin etməsi prinsip, ərazi bütövlüyü isə vasitədir. Vasitə prinsipə xidmət etməlidir, əksinə olmamalıdır. Azərbaycan mərhələli həldən danışırsa, ilk mərhələdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanımalıdır. Belə olan halda "status-kvo” dəyişəcək".