XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 17:24

Britaniyanın yeni baş naziri qadın olacaq

tereza

Devid Kemeronun istefasından sonra İngiltərənin yeni baş naziri daxili işlər naziri  Tereza May olacaq.

Strateq.az  "Habertürk”ə istinadən bildirir ki,  Britaniya Mühafizəkarlar Partiyasının lideri və yeni baş nazir olmaq üçün seçkilərdə iştirak edən iki namizəddən biri – enerji naziri Andrea Leadsom namizədliyini geri götürüb. Bu gün çıxış edən Leadsom namizədliyini geri götürdüyünü bəyan edib və "Tereza Maya uğurlar arzulayıram” deyərək onu “ölkənin Avropa Birliyindən çıxışını qərarlaşdıracaq ideal lider” adlandırıb.

Qeyd edək ki, əgər Tereza May seçkilərdə qalib gəlsə Marqaret Tetçerdən sonra Britaniyanın ikinci qadın baş naziri olacaq.