XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 13:24

Gürcüstanda iki nazir postunu tərk edir –Açıqlama

tinatin-gurcu-nazir

Gürcüstanın Respublikaçılar Partiyası seçkiqabağı kampaniyaya start verib və bir neçə gündən sonra partiyanın üzvləri – müdafiə naziri Tina Xidaşeli ilə barışıq və vətəndaş bərabərhüquqluluğu üzrə dövlət naziri Paata Zakareişvili öz postlarını tərk edəcəklər”.

Bu sözləri Respublikçılar Partiyasının lideri, Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib.

O bildirib ki, Respublikaçılar Partiyasından olan hər iki nazir ölkələri üçün çox iş görüblər: “Bir necə gündən sonra baş nazirin razılığı əsasında onlar öz işlərini yekunlaşdıraraq partiyanın təbliğat fəaliyyətinə qoşulacaqlar. Ətraf mühit naziri Giqla Aqulaşviliyə gəldikdə isə, o başqa seçim edib və partiyadan çıxaraq hökumətdə qalıb”.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Artıq ölkədə seçkiqabağı kampaniya başlayıb.

APA