XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2015 - 08:48

Rusiya Dövlət Dumasının sədrini Avropaya buraxmadılar: Viza verilmədi

narishkin.jpg

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.

Rusiyanın TASS- İnformasiya Agentiliyinin verdiyi xəbərə əsasən bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen açıqlama verib.

O, bu qərarı Narışkinin adının Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. “Son qərar üçün Avropa İttifaqının üzv ölkələri və ATƏT rəhbərliyi ilə məsləhətləşdik”, – deyə o bildirib.

Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş qadağan edilib.

S. Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub.