XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 17:59

Rus hərbi qırıcıları İŞİD-ə növbəti zərbə endirib

teyyare-999.jpeg

Rusiyanın altı ədəd Tu- 22M3 uzaq mənzilli bombardmançı təyyarəsi İŞİD mövqelərinə zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, iyulun 12-də Rusiya ərazisindəki aerodromdan qalxan təyyarələr Şərqi Palmira, Es-Suxna və Arax rayonlarında İŞİD qüvvələrinin mövqelərinə zərbələr endirdikdən sonra geri qayıdıb. (APA)

Bildirilir ki, aviazərbələr son bir neçə gündə müəyyənləşdirilmiş və bir neçə kəşfiyyat kanalı ilə dəqiqləşdirilmiş hədəflər üzrə həyata keçirilib: “Zərbələr nəticəsində terrorçuların düşərgələri, 2 silah və döyüş texnikası anbarı, 3 ədəd tank, 4 ədəd piyadaların döyüş maşını, iriçaplı pulemyotlar quraşdırılmış 8 avtomobil, həmçinin çoxlu sayda canlı qüvvə məhv edilib”.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, beynəlxalq koalisiya Rusiya aviasiya qüvvələri tərəfindən zərbələrin endiriləcəyi barədə əvvəlcədən məlumatlandırılıb.