XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 18:23

Xəzərin statusu ilə bağlı müzakirə:Elmar Məmmədyarov Astanaya getdi

xezer status

Qazaxıstanın paytaxtı Astana şəhərində Xəzərin hüquqi statusu ilə bağlı sahilyanı ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə görüşdükdən sonra Xəzəryanı dövlətlərin xarici siyasət idarələri rəhbərlərinin işgüzar görüşü başlayıb. (APA) 

Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidməti nazir Elmar Məmmədyarovun iyulun  13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə iştirak etmək üçün Astanaya səfər edəcəyi ilə bağlı məlumat yayıb.