50 ilə yaxındır bütün diplomatik münasibətlərə son verən və bir müddət əvvəl anlaşaraq əlaqələri bərpa edən ABŞ və Kuba səfirlik məsələsində də razılığa gəlib.
Strateq.az xəbər verir ki, ABŞ mediası Ağ Ev rəsmilərdən birinə istinadən yaxın vaxtlarda hər iki ölkədə qarşılıqlı səfirliklərin açılaсağı barədə məlumat yayıb. İki ölkə arasında diplomatik əlaqələr ötən ilin dekabr ayında ABŞ prezidenti Barak Obamanın Kuba ilə münasibətləri normallaşdırmaqla bağlı tarixi açıqlamasından sonra bərpa edilib. Bu ilin aprel ayında ABŞ və Kuba liderləri yarım əsrlik fasilədən sonra ilk dəfə bir araya gəliblər. Görüşün ardınca ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarıb.
ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulmuşdu. İki ölkə 1961-ci ildən kəsilən diplomatik əlaqələri yenidən əvvəlki axarına qaytarmaq üçün 6 aya yaxındır təmaslar qurur.