XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 13:10

Bağdadda güclü partlayış:ölənlər var

İraqın paytaxtının şimalındakı Əl-Rəşidiyyə rayonunda baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.

İlkin məlumata əsasən, partlayışa kamikadzenin idarə etdiyi minalanmış avtomobilin işə düşməsi səbəb olub. Partlayışa görə məsuliyyəti hələ ki heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Qeyd edək ki, iyulun 12-də də Ər-Rəşidiyyə rayonunda baş verən analoji hücum nəticəsində 9 nəfər həyatını itirib, 30 nəfərdən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə Bağdadın mərkəzində çox sayda restoranın və ticarət mərkəzinin yerləşdiyi Əl-Karrada rayonunda iki terror hadisəsi baş verib. Son məlumata görə insident nəticəsində 300-ə yaxın insan həlak olub, yüzlərlə insan isə yaralanıb(azərtac).