XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

13 İyul 2016 - 13:33

“Barselona” klubu “Lion”un müdafiəçisinitransfer edib

“Barselona” futbol klubu yeni mövsüm öncəsi heyətini gücləndirib.

Kataloniya təmsilçisi “Lion”dan Samuel Umtitini transfer edib. İyirmi iki yaşlı fransalı müdafiəçi ilə beşillik müqavilə imzalayıb. İspaniya klubu bu transfer üçün “Lion”a 25 milyon avro ödəyib. Fransa millisinin üzvünün təzminat qiyməti də açıqlanıb. Onu transfer etmək istəyən klublar 60 milyon avrodan keçməli olacaqlar.

Qeyd edək ki, 2011-2016-cı illərdə “Lion”da çıxış edən Umtiti keçirdiyi 131 oyunda 3 qol vurub(azərtac).