XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2015 - 11:37

ABŞ PKK-nı silahlandırır?

Bir müddət əvvəl toplanan Türkiyənin Milli Təhlükəsiz Şurasının iclasında müzakirə edilmiş bəzi məsələlər KİV-lərə sızdırılıb. ölkənin “Sabah” qəzetinin məlumatına görə, toplantıda bildirilib ki, ABŞ-ın Kobanidə İŞİD-ə qarşı vuruşan kürd silahlılarına atdığı silah və sursat PKK-nın əlinə keçib. Əksəriyyəti ağır silah olan bu əsgəri ləvazimatı PKK indi Türkiyə ərazisinə keçirmək istəyir. Bunu ölkənin milli təhlükəsizliyinə açıq təhdid kimi qəbul edən MTŞ faktla bağlı məlumatları ABŞ-a göndərmək və müttəfiqini PYD-yə yox, Azad Suriya Ordusuna yardım etməyə çağırmaq istəyir.

Qeyd edək ki, ABŞ İŞİD-ə qarşı daha yaxşı döyüşdüyünü bəhanə edərək kürd separatçılarını silahlandırmağa üstünlük verir. Separatçılar isə, Türkiyənin iddiasına görə, bu silahlardan qardaş ölkə əleyhinə istifadə edir.

Heydər Oğuz

Strateq.az