Məhkəmə qərar verdi, parlament seçkisinin tarixi dəyişdi

Rusiya Konstitutsiya Məhkəməsi Dövlət Dumasına keçirilən seçkilərin vaxtının 2016-cı ilin dekabrından sentyabr ayına keçirilməsi barədə qərar verib.
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, parlament seçkilərinin qanunvericilklə nəzərdə tutulduğundan 3 ay tez keçirilməsi barədə təklifi Federasiya Şurası məhkəməyə təqdim edib.
İyunun 24-dən dəyişikliyi nəzərə alan Konstitutsiya Məhkəməsi qərarın ölkə konstitusiyasına zidd olmadığı barədə qərar verib.
Qərarı aparıcı Duma fraksiyaları – “Vahid Rusiya”, “Ədalətli Rusiya” və “Liberal Demokrat” partiyaları dəstəkləyib. Yalınz Kommunist Partiyası bu təşəbbüsün əleyhinə çıxıb.
Hesab olunur ki, 2016-cı il dekbarın 4-də keçirilməli olan seçkilərin sentyabr ayına qədər gerilənməsi köhnə seçki vaxtının Rusiyanın 2016-cı il dövlət büdcə layihəsinin müzakirəsi ilə üst-üstə düşməsinə görədir.
Seçki vaxtı dəyişdirildikdən sonra büdcə laiyhəsini dekabrda yeni tərkibdə seçilmiş Duma müzakirə edə biləcək.
Sonuncu Duma seçkiləri 2011-ci il dekabrın 4-də baş tutub.