XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 18:35

“Apple” kompüterləri üçün yenivirus aşkarlanıb

“Eset” şirkətinin mütəxəssisləri tərəfindən “Apple” şirkətinin “iCloud Keychain” servisindən parolları oğurlayan və kompüterə müdaxiləyə imkan verən “Keydnap” adlı “Backdoor” proqramı aşkarlanıb.

“İctnews.az” xəbər verir ki, bu zərərli proqram fişinq məktubuna əlavə edilən ZIP arxivində yayılır. Arxivdə mətnli fayl və ya “JPEG” formatlı təsvir adı ilə gizlədilən oxunan “Mach-O” faylı var. Fayl arxivdən işə salınan zaman virus təsviri və ya mətnli sənədi açır, istifadəçi üçün hiss olunmadan sonradan qurbanın kompüteri barədə məlumatlar toplayan, filtrdən keçirən “Backdoor” quraşdırılır.

İnzibatçı hüququ əldə edildikdən sonra zərərli proqram “iCloud Keychain” menecer parollarının içindəkiləri köçürür və informasiyanı cinayətkarların uzaq məsafədə yerləşən serverlərinə göndərir.